logo

Ermənistan və İran Araks çayının çirkliliyi məsələsində əməkdaşlıq edəcək

Ermənistan və İran Araks çayının çirkliliyi məsələsində əməkdaşlıq edəcək

Keçən həftə Ermənistana işgüzar səfərdə olan İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri bildirib ki, Ermənistan və İran Araks çayının çirklənməsinin araşdırılmasında əməkdaşlıq edəcək.

İran dövlət radio və televiziya xəbər agentliyinə verdiyi müsahibədə Montazeri qeyd edib ki, Ermənistana səfərinin gündəliyində duran əsas məsələlərdən biri Araks çayının çirklənməsi olub.

Erməni tərəfi ilə görüşlər zamanı çayın çirklənməsini öyrənmək üçün xüsusi komissiya yaradılmasına qərar verilib.

"Araks çayı hər iki ölkə üçün vacibdir. Məsələnin həllində ardıcıl olacağıq", - deyə İranın baş prokuroru qeyd edib.

 

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT