ABŞ-dakı ER səfiri Narek Mkrtçyan ABŞ İxrac-İdxal Bankının (EXIM) prezidenti Con Yovanoviç tərəfindən qəbul edilib. Görüşdə Ermənistan-Amerika iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, eləcə də Amerika ixracının təşviqi perspektivləri daxil olmaqla, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Görüş zamanı Ermənistan və ABŞ arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsinin təşviq edilməsi məqsədilə ikitərəfli biznes əlaqələrinin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı səfərlərin təşkili imkanları müzakirə edilib.










