Litva Respublikasında rəsmi səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Litva baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Vidmantas Kaladinskas ilə görüşüb. Bu barədə Təhlükəsizlik Şurasının ofisindən məlumat verilib.
Həmsöhbətlər Ermənistan və Litva arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Həmçinin regional proseslər, “TRIPP” (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) layihəsinin praktiki mərhələsinin başlanması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.










