Bu gün strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzaladıq. Bu, gələcək münasibətlərimizlə bağlı daha da iddialı olduğumuz deməkdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında Rumıniya prezidenti Nikuşor Dan deyib.
“Rumıniyanın strateji tərəfdaşlıq sazişləri imzaladığı ölkələr arasında Ermənistanın xüsusi yeri var, xüsusilə də Rumıniyadakı erməni icmasının rolunu nəzərə alsaq”, — deyə Rumıniya prezidenti bildirib.
O qeyd edib ki, erməni icması Rumıniyanın tarixində və sosial-mədəni həyatında mühüm əhəmiyyətə malikdir.










