Rumıniya Ermənistanın Aİ-yə üzvlüklə bağlı səylərini dəstəkləyir. Biz Qərbi Balkanların, Moldovanın, Ukraynanın, eləcə də, təbii ki, Ermənistanın səylərini dəstəkləmişik və dəstəkləyirik. Bunu Rumıniya Prezidenti Nikuşor Dan Baş nazir Nikol Paşinyanla birgə mətbuat konfransında Ermənistanın Aİ-yə üzv dövlət olmaq səylərini necə qiymətləndirdiyinə dair suala cavab verərkən bildirib.
"Aİ sülh məkanı, rifah imkanı deməkdir. Praktik baxımdan danışsaq, Rumıniyanın müəyyən təcrübəsi var — Aİ institutlarına keçid edən ölkə olmaq təcrübəsi, Aİ qanunvericiliyinə keçid edən ölkə olmaq təcrübəsi. Buna görə də dəstək göstərməyə, təcrübəmizi tərəfdaşlarımızla bölüşməyə çalışırıq, məsələn, ekspertlərimizin Moldova və Ukraynada etdikləri kimi.
Biz eyni şeyi Ermənistan üçün də etməkdən məmnun olarıq, çünki bu, sadəcə xoş niyyətin təzahürü deyil, bütün bu ölkələrin Aİ-yə üzv dövlətlərə çevrilməsi həm də Rumıniyanın strateji maraqlarına uyğundur", – deyə o bildirib.










