Rumıniya Prezidenti Nikuşor Dan ilə birgə mətbuat konfransında Baş nazir Nikol Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar nəticəsində Cənubi Qafqazda baş verən “dönüş xarakterli” hadisələri təqdim edib.
Regional kommunikasiyaların açılması şəraitində ticarət-iqtisadi və işgüzar əlaqələrin inkişafı, infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaranan geniş imkanlar, eləcə də bu baxımdan TRIPP layihəsinin həyata keçirilməsinə yönəlmiş səylərin əhəmiyyəti də müzakirə olunub.
“Nəqliyyat və logistika sahəsində daha sıx əməkdaşlıq potensialının hərtərəfli reallaşdırılmasına önəm verərək, həmçinin Rumıniyanın Avropa nəqliyyat şəbəkələrində strateji mövqeyini və Qara dənizə çıxışını nəzərə alaraq hesab edirik ki, “Sülhün kəsişməsi”nin Rumıniyanın dəniz qapıları ilə əlaqələndirilməsi Cənubi Qafqazdan Mərkəzi Asiyaya təhlükəsiz qlobal ticarət marşrutu yarada bilər”, – deyə o bildirib.










