Ermənistana rəsmi səfərə gələn Monteneqro müdafiə naziri Draqan Krapoviçin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ermənistan Respublikası müdafiə nazirinin müavini Arman Sargsyanın müşayiəti ilə Erməni Soyqırımı Memorial Kompleksini ziyarət edib. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutu məlumat verib.
Qonaqları səfər zamanı Erməni Soyqırımı Muzey-İnstitutu direktorunun səlahiyyətlərini icra edən Hraçya Taşçyan qarşılayıb və müşayiət edib. O, nazirə Erməni Soyqırımın haqqında qısa məlumat verib, memorial kompleks, eləcə də muzey-institutu və onun fəaliyyəti haqqında məlumat verib.
Cənab Draqan Krapoviç Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edən abidənin önünə əklil qoyub, sonra qonaqlar əbədi məşəlin önünə gül dəstələri qoyub, Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Monteneqrodan olan nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Muzeyini gəziblər və muzeyin daimi və müvəqqəti sərgiləri ilə tanış olublar. Nümayəndə heyətinin rəhbəri fəxri qonaqlar kitabına xatirə qeydi etdi.










