Ermənistan və Azərbaycan arasında davamlı sülh bütün Cənubi Qafqazın rifah amillərindən biridir: Zaxarova

Ermənistan və Azərbaycan arasında davamlı sülh bütün Cənubi Qafqazın rifah amillərindən biridir: Zaxarova

Yerevan və Bakı arasında davamlı sülh bütün Cənubi Qafqazın rifah amillərindən biridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı Dublində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında keçirilmiş görüşü şərh edərkən bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi Moskvanın dəstəyi və vasitəçiliyi ilə başlayıb. Rusiya XİN-in sözçüsü əlavə edib ki, tərəflər birbaşa dialoq aparmağa üstünlük versələr də, Rusiya tərəfi onun səylərinə ehtiyac duyulacağı təqdirdə əvvəlki kimi dəstək göstərməyə hazırdır.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT