Si Tsinpin, Donald Tramp və Vladimir Putinin üçtərəfli görüşü Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində başlayıb.
Daha əvvəl ABŞ, Çin və Rusiya liderləri arasında ikitərəfli görüşlər keçirilib.
Rusiya prezidenti ilə görüş zamanı Donald Tramp Vladimir Putinin onun dostu olduğunu və uzun illərdir əla münasibətlərinin olduğunu qeyd edib. Tərəflər arasında görüş 35-40 dəqiqə davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş yaxşı keçib. İki lider Rusiya-Ukrayna münaqişəsinin həlli və ikitərəfli münasibətlər məsələlərini müzakirə ediblər. Uşakov görüşün əsas mövzusunun Ukrayna olduğunu qeyd edib.
Si Tzinpinlə görüş zamanı Donald Tramp Çin və ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatmasına kömək etmək istədiklərini qeyd edib. Tramp həmçinin ABŞ və Çinin münasibətlərini ədalətli etdiyini bildirib.
"Biz tarifləri çox ədalətli şəkildə bölüşdürdük və endirdik", - deyə Tramp bildirib. O, Si Tsinpini "çox xüsusi" münasibətlərinin olduğunu vurğulayaraq dostu adlandırıb.









