Noyabrın 17-də Brüsseldə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb. Bu barədə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin həyata keçirilməsi və əməkdaşlığın iqtisadi komponentinin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.
Ararat Mirzoyan və Marta Kos regional qarşılıqlı faydalı əməkdaşlığın inkişafının mühüm amili kimi regional bağlantılar gündəliyinin irəlilədilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.




Nəqliyyat infrastrukturu, rəqəmsal və enerji qarşılıqlı bağlılığı, dayanıqlılığın gücləndirilməsi istiqamətlərində siyasi öhdəliklərin konkret layihələrə və investisiyalara çevrilməsi üçün aparılan işlərə toxunulub.
Nazir Mirzoyan bildirib ki, Ermənistan Aİ tərəfindən Ermənistan məhsulları üçün avtonom tədbirlərin tətbiqini yüksək qiymətləndirir və onların praktik tətbiqi istiqamətində birgə işlər Aİ ölkələrinə Ermənistan məhsullarının ixracının artması şəklində nəticə verir.
Nazir Mirzoyan Ermənistan-Azərbaycan sülhünün daha da institusionallaşdırılması məsələsinə dair yanaşmaları təqdim edib.










