Noyabrın 16-da Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin inzibati kompleksində Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqosu qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı müdafiə sahəsində Ermənistan–Aİ əməkdaşlığının gedişi və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.











