COP31 çərçivəsində Ermənistanın ətraf mühit naziri Hambardzum Matevosyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still ilə görüşüb. Bu barədə nazir özünün feysbuk səhifəsində yazıb.
“Ermənistanın 2029-cu ildə COP34-ə ev sahibliyi etmək üçün namizədliyini və hazırlığını təqdim etmişəm. İrəvanda keçirilmiş COP17-nin nəticələrinə, konfransın təşkili və çoxtərəfli danışıqların aparılması zamanı qazandığımız təcrübəyə və uğurlara toxunmuşam.
Vurğulamışam ki, COP34-ə ev sahibliyi etmək təşəbbüsümüz həm də qlobal iqlim fəaliyyətinə töhfə vermək imkanıdır. Bu kontekstdə dağlıq ölkələrin həssaslığını və uyğunlaşma ehtiyaclarını xüsusi qeyd edərək, iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, uyğunlaşma və iqlim maliyyələşdirilməsi istiqamətində öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulamışam.
Namizədlik prosesinin növbəti addımlarına toxunaraq, Şərqi Avropa qrupunun üzv ölkələri və Konvensiyanın katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləmişəm”, — deyə o yazıb.









