Baş nazir Nikol Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən liderlər sammitinin açılış mərasimində iştirak edib.
Əvvəlcə sammitdə iştirak edən dövlət və təşkilat rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib. Liderləri BMT-nin baş katibi Antoniu Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıblar.
Daha sonra açılış mərasimində BMT-nin baş katibi, Türkiyə prezidenti, Braziliya rezidenti Luis İnasiu Lula da Silva və digərləri çıxış ediblər.














