Ermənistan Respublikası Parlamentinin sədrinin müavini, Ermənistan-Hindistan dostluq qrupunun rəhbəri Hayk Koncoryan noyabrın 10-da Hindistan Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri T. Armstronq Çanqsanı qəbul edib. Bu barədə Parlamentdən məlumat verilib.
Görüşdə dostluq qrupunun üzvü Tsovinar Vardanyan da iştirak edib.
Hayk Koncoryan səfiri Ermənistanda diplomatik missiyasına başlaması münasibətilə təbrik edib və ikitərəfli əməkdaşlığın inkişafı naminə səmərəli fəaliyyət arzulayıb. O vurğulayıb ki, ikitərəfli münasibətlərin və əlaqələrin gələcək inkişafı baxımından Hindistan Ermənistan üçün mühüm əhəmiyyət kəsb edən ölkədir.
Səfir T. Armstronq Çanqsan səmimi qəbula görə təşəkkürünü bildirərək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində dostluq qruplarının fəaliyyətinin mühüm rolunu vurğulayıb.
Hayk Koncoryan isə öz növbəsində əlaqələrin dərinləşdirilməsində parlament diplomatiyasının əhəmiyyətini yüksək qiymətləndirib və əlavə edib ki, iki xalq arasında tarixi, ənənəvi dostluq münasibətləri mövcuddur.










