Rusiya, ABŞ və Ukrayna nümayənfələri arasında üçtərəfli danışıqlar Əbu-Dabidə başlayıb. Onlar 11 noyabr tarixinə qədər davam edəcək.
Rusiya nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Onun tərkibinə xarici işlər nazirlərinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də Baş Qərargahın nümayəndələri daxildir.
ABŞ-ı prezidentin xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşner təmsil edir. Ukrayna nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov rəhbərlik edir. Danışıqlar qrupuna prezident aparatının rəhbəri Kirill Budanov, onun birinci müavini Sergey Kislitsa və hakim Xalqın Xidmətçisi fraksiyasının rəhbəri David Araxamiya da daxildir.
Avropa tərəfi də Birləşmiş Ərəb Əmirliklərindədir, lakin onlarla ayrıca görüşlər keçiriləcək.
Budanov bildirib ki, danışıqlar zamanı, digər məsələlərlə yanaşı, hərbi əsirlərin mübadiləsi və digər humanitar məsələlərə də diqqət yetiriləcək. Vladimir Zelenski bildirib ki, Kiyev komandası gərginliyin azaldılmasına yönəlmiş addımlar təqdim edəcək. Ukrayna prezidentinin sözlərinə görə, üç ölkənin liderləri səviyyəsində görüşün necə təşkil oluna biləcəyi barədə də anlayış olmalıdır.
Zelenski qeyd edib ki, "Bizə müharibədən sonra Ukraynanı bərpa etmək üçün sülh, təhlükəsizlik zəmanətləri, real resurslar lazımdır".
Rusiya mətbuatı həmçinin yazır ki, üçtərəfli danışıqların əsas məsələsi Ukraynadakı münaqişənin həlli olsa da, bu, təhlükəsizlik arxitekturası ilə bağlı daha geniş müzakirənin yalnız bir hissəsidir.










