Antalyada COP31 Liderlər Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir. Bu barədə baş nazirin mətbuat katibi Melanya Harutyunyan məlumat verib.
Xatırladaq ki, baş nazir Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası çərçivəsində keçirilən Liderlər Sammitinin açılış mərasimində iştirak edib.
Əvvəlcə sammitdə iştirak edən dövlət və təşkilat rəhbərlərinin rəsmi qarşılanma mərasimi keçirilib. Liderləri Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıblar. Daha sonra açılış mərasimində BMT-nin baş katibi, Türkiyə prezidenti, Braziliya prezidenti Luis İnasio Lula da Silva və başqaları çıxış ediblər.









