Kremldə Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb. Putin onlardan Rusiya ilə Ukrayna arasında təmasların təşkilinə görə Donald Trampa təşəkkürünü çatdırmağı xahiş edib. Rusiya Prezidenti humanitar sahədə irəliləyiş əldə olunduğunu qeyd edib.
Bundan əlavə, o, Oleşki ilə bağlı humanitar məsələnin həllinə göstərdiyi dəstəyə görə ABŞ-nin birinci xanımı Melaniya Trampa təşəkkür edib.
Görüşdə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Rusiyanın danışıqlar nümayəndə heyətinin rəhbəri Vladimir Medinski və Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edirlər.
Görüşdən əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, müzakirələrin gündəliyində Ukrayna ilə münaqişənin həllinə töhfə verəcək məsələlər var.
Putinlə danışıqlardan əvvəl amerikalı elçilər Uşakov və Dmitriyevlə görüşüblər.
Uitkoff və Kuşner Moskvaya Əbu-Dabidən gəliblər. Noyabrın 10-da və 11-də orada Moskva, Vaşinqton və Kiyev nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib.
Daha sonra Uitkoff və Kuşner Ukrayna Prezidenti ilə görüşmək üçün Dublinə yola düşəcəklər.










