Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Ermənistan və Estoniyanın baş nazirləri Nikol Paşinyan və Kristen Mixal arasında görüş keçirilib.
Həmsöhbətlər iki ölkə arasında münasibətlərin intensiv xarakterini vurğulayaraq, son dövrdə ikitərəfli yüksək səviyyəli təmasların müntəzəm xarakter aldığını qeyd ediblər. Tərəflər bunun müxtəlif sahələrdə Ermənistan-Estoniya əlaqələrinin inkişafına və genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Nikol Paşinyan və Kristen Mixal Ermənistan-Avropa İttifaqı münasibətlərinə və onların daha da dərinləşdirilməsinə də toxunublar. Regional əhəmiyyətli digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.










