Antalyada keçirilən, iqlim dəyişikliyinə həsr olunmuş COP31 konfransı çərçivəsində Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Məsud Pezeşkian görüşüblər.
Tərəflər regional və qlobal prosesləri, ikitərəfli münasibətləri müzakirə ediblər. Ərdoğan ABŞ və İran arasındakı müharibənin dərhal başa çatmalı olduğunu bildirib. O, diplomatiyaya şans verməyə çağırıb.
Daha əvvəl COP31-in liderlər sammitində Pezeşkian İranın ABŞ-İsrail zərbələrinin vurduğu ekoloji ziyana görə təzminat tələb etdiyini bildirmişdi.










