Türkiyənin cənub-şərqində S-70 hərbi helikopterinin qəzaya uğraması nəticəsində dörd hərbçi ölüb. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Helikopter Malatya şəhərinin cənub hissəsində, Samanköy ərazisində qəzaya uğrayıb. Hadisənin səbəbləri hələ məlum deyil.
Televiziya görüntülərində bir neçə binanın yaxınlığındakı açıq əraziyə düşmüş və yanan helikopterin qalıqları görünür. Yanğın yaxınlıqdakı yaşayış evinə də keçib. Hadisə yerində başqa zərərçəkənlərin olması barədə məlumat verilməyib.
Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları gəlib.










