Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün əlimizdən gələni edəcəyik: Vadeful

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün əlimizdən gələni edəcəyik: Vadeful

“Tramp yolu”nun iki istiqaməti üzrə texniki parametrlərin razılaşdırılması məqsədilə ABŞ-nin təşəbbüsü ilə birgə üçtərəfli texniki işçi qrupu yaradılıb və noyabrın 6-da fəaliyyətə başlayıb. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadefulla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, dəmir və avtomobil yollarına, eləcə də elektrik ötürücü xətlərə aiddir.

Bayramov həmçinin bildirib ki, Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən avtomobil və dəmir yollarının tikintisini, demək olar ki, başa çatdırıb. İşlərin gələn ilin əvvəlində tam başa çatdırılması nəzərdə tutulur.

Vadeful isə bəyan edib ki, Almaniya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün əlindən gələni edəcək.

“Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi fürsətdən istifadə ediblər və biz buna görə hər iki ölkəyə təşəkkür edirik. Bu məsələ Ermənistandakı görüşümün əsas mövzusu olacaq. Sülh sazişinin imzalanması üçün əlimizdən gələni edəcəyik. Azərbaycan prezidenti də buna hazır olduğunu bildirib”, — deyə Almaniyanın xarici işlər naziri bildirib.

Xatırladaq ki, Azərbaycana səfərindən sonra Vadeful Ermənistana səfər edəcək.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT