ER Ərazi İdarəetmə və İnfrastrukturlar naziri David Xudatyan İran İslam Respublikasında işgüzar səfərdə idi. Bu barədə nazirlik məlumat verib.
Səfər çərçivəsində nazir dünən İran İslam Respublikasının neft naziri vəzifəsini icra edən Həmid Bovard ilə görüşüb.
Görüşdə Ermənistan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qriqor Hakobyan da iştirak edib.
Nazir İranla uzunmüddətli əməkdaşlığı, xüsusən də enerji və infrastruktur sahələrində yüksək qiymətləndirib.
Daha sonra David Xudatyan İran İslam Respublikasının vitse-prezidenti Seyid Həmid Purməhəmmədi ilə görüşüb.
Görüşdə İran İslam Respublikasının energetika naziri Abbas Əliabadi və neft naziri vəzifəsini icra edən Həmid Bovard da iştirak edib.
Tərəflər ötən həftə Yerevanda keçirilən ER-İİR hökumətlərarası iclasının uğurlu gedişatını, eləcə də onun çərçivəsində imzalanmış anlaşma memorandumunun həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
İran İslam Respublikasının vitse-prezidenti ilə görüşdə Ermənistan-İran enerji sektorunda əməkdaşlığının gündəliyi ilə bağlı məsələlər müzakirə olunub.










