ABŞ və Rusiya prezidentləri Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində ikitərəfli görüş keçiriblər. Donald Tramp Vladimir Putinin onun dostu olduğunu və uzun illərdir əla münasibətlərinin olduğunu qeyd edib. Tərəflər arasında görüş 35-40 dəqiqə davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, görüş yaxşı keçib. İki lider Rusiya-Ukrayna münaqişəsinin həlli və ikitərəfli münasibətlər məsələlərini müzakirə ediblər. Uşakov qeyd edib ki, görüşün əsas mövzusu Ukrayna olub.
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev də bildirib ki, Vladimir Putin və Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqdirlər. Onun sözlərinə görə, Moskva və Vaşinqton münaqişəni həll etməyə çalışarkən, avropalılar buna mane olmağa çalışırlar.









