Almaniya Aİ üzvü kimi Ermənistanın əsas tərəfdaşlarından biridir: baş nazir Almaniyanın XİN rəhbərinə

Almaniya Aİ üzvü kimi Ermənistanın əsas tərəfdaşlarından biridir: baş nazir Almaniyanın XİN rəhbərinə

Baş nazir Nikol Paşinyan Almaniyanın xarici işlər naziri Yohann Vadefulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş nazir Yohann Vadefulun Ermənistana səfərini alqışlayıb və ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Nikol Paşinyan demokratik islahatlar gündəliyinin irəlilədilməsində, eləcə də Ermənistan–Aİ münasibətlərinin inkişafına töhfə verilməsində Almaniyanın Ermənistan hökumətinə dəstəyini xüsusi qeyd edib. Ölkə rəhbərinin sözlərinə görə, Almaniya Aİ üzvü kimi Ermənistanın əsas tərəfdaşlarından biridir və yüksək səviyyəli siyasi dialoq dinamik və müntəzəm xarakter daşıyır.

Yohann Vadeful səmimi qəbula görə təşəkkürünü bildirərək Almaniyanın Ermənistanla münasibətləri ardıcıl şəkildə inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda, Almaniyanın xarici işlər naziri ölkəsinin hökumətinin Ermənistan–Aİ əməkdaşlığının genişləndirilməsinə və dərinləşdirilməsinə dəstəyini qeyd edib. Yohann Vadeful Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasının əhəmiyyətini vurğulayaraq formalaşan konstruktiv mühitin regional əlaqələrin təşviqinə və qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər Ermənistan və Almaniya arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Xüsusilə yaşıl enerji sahəsində qarşılıqlı fəaliyyətin inkişafının əhəmiyyəti vurğulanıb.

Ermənistan və Aİ arasında ticarət-iqtisadi əlaqələrin təşviqi, Ermənistan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar nəzərdən keçirilib. Həmçinin regional hadisələr və baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT