Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohann Vadefulun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, Ermənistanın Almaniyadakı səfiri Viktor Yengibaryan və Almaniyanın Ermənistandakı səfiri Klaudiya Buşun müşayiəti ilə Erməni Soyqırımı memorial kompleksini ziyarət edib. Bu barədə Erməni Soyqırımı Muzey-İnstitutundan məlumat verilib.
Qonaqları Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru vəzifəsini icra edən Hraçya Taşçyan qarşılayıb və ziyarət zamanı müşayiət edib. O, memorial kompleksin tikilmə tarixi, memarlıq xüsusiyyətləri və əhəmiyyəti barədə məlumat verib.




Yohann Vadeful Erməni Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirən abidənin önünə əklil qoyub, daha sonra qonaqlar əbədi məşəlin önünə gül dəstələri düzərək Erməni Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Almaniyadan gələn nümayəndə heyətinin üzvləri Erməni Soyqırımı Muzeyini gəziblər. Burada onlar Erməni Soyqırımı Muzey-İnstitutunun muzey işləri üzrə direktor müavini Lusine Abrahamyanın müşayiəti ilə muzeyin daimi və müvəqqəti ekspozisiyaları ilə tanış olublar. Sonda Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru vəzifəsini icra edən Hraçya Taşçyan ziyarətə görə təşəkkürünü bildirib və Yohann Vadefula Erməni Soyqırımı Muzeyinin fotoalbomunu hədiyyə edib.










