Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Niderland Krallığı Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Yust Flamandın rəhbərliyi ilə Ermənistan və Niderlandın xarici siyasət qurumları arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Bu barədə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər iki dövlət arasında strateji tərəfdaşlığın səmərəli şəkildə həyata keçirildiyini məmnunluqla qeyd ediblər. Ermənistanın iqtisadi imkanlarının şaxələndirilməsi kontekstində ticarət-iqtisadi əlaqələrin inkişafı, işgüzar dairələr arasında birbaşa əlaqələrin möhkəmləndirilməsi, o cümlədən Niderlandın qabaqcıl texnologiyalarının Ermənistanda tətbiqinin genişləndirilməsi imkanları müzakirə olunub.
Ermənistan–Aİ tərəfdaşlığının strateji gündəliyi ətraflı nəzərdən keçirilib. Nazir müavini Kostanyan həmsöhbətinə Aİ ilə əməkdaşlıq çərçivəsində Ermənistanın prioritetlərini təqdim edib.
Həmçinin geniş spektrli regional məsələlərə, eləcə də qarşılıqlı maraq doğuran qlobal proseslərə toxunulub.










