Hikmət Hacıyevlə görüş zamanı məhbuslardan tutmuş sonrakı görüşlərə qədər bütün məsələlərə toxunduq. Bunu Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.
“Ayın sonunda Azərbaycan ictimai təşkilatlarının nümayəndələri “Sülh Körpüsü” çərçivəsində Ermənistana gələcəklər və mənim gələn aya Bakıya yox, Azərbaycana səfərim də planlaşdırılır.
Səfərim planlaşdırılıb, çünki Hikmət Hacıyev Ermənistana gəlib, indi cavab səfəri ilə getməliyəm. Səfərim dekabr ayına planlaşdırılıb. Bu, Bakıya olmayacaq, vaxtı gələcək, sizə deyəcəyəm”,- deyə o bildirib.










