Amerikanın AECOM şirkəti baş nazirin müavini Mher Qriqoryana və dövlət idarəetmə orqanlarının rəhbərlərinə TRIPP layihəsinin texniki-iqtisadi əsaslandırılması üzrə tədqiqatın ilkin nəticələrini təqdim edib.
Dəmir yolu infrastrukturunun, eləcə də enerji, avtomobil yolu və rəqəmsal rabitə xətlərinin funksionallığına dair ilkin təhlillər nəzərdən keçirilib. Texniki-iqtisadi əsaslandırma üzrə tədqiqatın növbəti mərhələlərinin həyata keçirilməsi ilə bağlı bir sıra təşkilati məsələlər də müzakirə edilib və müvafiq planlaşdırma aparılıb.










