Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan parlamentdə Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında “Beynəlxalq Sülh və Rifah üçün Trampın İrəli Yolu” layihəsi (TRIPP) üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin ratifikasiyası ilə bağlı təfərrüatları təqdim edir.
O qeyd etdi ki, hələ razılaşdırılmalı və qəbul edilməli bir və ya iki sənəd var və çox yaxın gələcəkdə həmin razılaşmaları da yekunlaşdıracağıq.
“Bu, səhmdarlar arasında bağlanan müqavilə və TRIPP İnkişaf Şirkəti adlı şirkətin nizamnaməsidir. Qeyd etmək istərdim ki, TRIPP İnkişaf Şirkəti Ermənistan Respublikası Hökuməti və “TRIPP İnkişaf Şirkəti ABŞ” şirkəti tərəfindən yaradılacaq.
Müxtəlif mümkün ssenariləri və narahatlıqları nəzərə alaraq demək istərdim ki, “TRIPP İnkişaf Şirkəti ABŞ” həmişə ABŞ hökumətinin yeganə idarəçiliyi və mülkiyyəti altında olacaq”, - deyə Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Respublikası TRIPP Development Company şirkətində 26 faiz paya, “TRIPP Development Company USA” tərəfindən təmsil olunan ABŞ isə 74 faiz paya sahib olacaq.
“Bu nisbət 49 il müddətində qüvvədə olacaq və bu, həmin infrastrukturların tikintisi və istismarı hüquqlarını verəcək, daha sonra isə müddət bitdikdən sonra tərəflər əməkdaşlıq müddətini daha 50 il uzatmaq imkanı əldə edəcəklər. Bu halda, Ermənistan Respublikasının səhmləri əlavə investisiya qoyulmadan avtomatik olaraq 49 faizə, “TRIPP Development Company USA” isə 51 faizlə qalacaq”, - deyə o bildirib.










