Ararat Mirzoyan TRİPP haqqında danışara qeyd edib ki, bu böyük bir prosesdir.
"Biz Azərbaycan ərazisindən yük daşıya bilirik və bu böyük blokadadan azad etmə proqramı əsasən ER hökumətinin "Sülh Yollarının Kəsişməsi" vizyonu və proqramı ilə üst-üstə düşür və TRIPP layihəsi bunun çox əhəmiyyətli bir hissəsidir".
Mirzoyanın sözlərinə görə, indi"TRIPP İnkişaf Şirkəti"nin səhmdarları arasında müqaviləni və nizamnaməni imzalamalıyıq.
"Bununla da əslində TRIPP sənədləşdirmə prosesini başa çatmış hesab edəcəyik və yerində işə başlaya biləcəyik.
Biz mümkün qədər tez bir zamanda yerində işlərin başlanmasını və bundan sonra mümkün qədər tez bütün TRIPP layihələrinin həyata keçirilməsini və istifadəsini görməkdə maraqlıyıq. Xatırlayırsınızmı, TRIPP layihələri dedikdə, ilk növbədə dəmir yolları, elektrik xətləri, optik kabellər kimi müxtəlif infrastrukturları nəzərdə tuturuq. Gələcəkdə tərəflər arasında qaz kəmərinin, neft kəmərinin və s. olması arzusu var”, - deyə Ararat Mirzoyan bildirib.











