Biz heç vaxt KTMT fəaliyyətinin davam etdirilməsinə mane olmamışıq: Mirzoyan

Biz heç vaxt KTMT fəaliyyətinin davam etdirilməsinə mane olmamışıq: Mirzoyan

KTMT-nin nizamnaməsini xatırladığım qədərilə, orada üzvün xaric edilməsi mexanizmi yoxdur, amma bunu problem də hesab etmirik. Nə sənin [olmaq] istəmədiyin, nə də başqalarının səni görmək istəmədiyi yerdə olmaq lazım deyil. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə KTMT ilə münasibətlərə toxunarkən deyib.

Nazir xatırladıb ki, Ermənistan bu qurumun fəaliyyətində iştirakını çoxdan dondurub.

"Üstəlik, biz vurğulamışıq ki, iştirakımızı dondurmuşuq və fəaliyyətə mane olmuruq. Yəni bilirsiniz ki, orada qərarlar konsensusla qəbul edilir, veto hüququ var. Biz heç vaxt fəaliyyətin davam etdirilməsinə mane olmamışıq, amma həm də demişik ki, üzvlüyümüzü dondururuq, geri qayıtmaq imkanı görmürük", — deyə nazir bildirib.

Mirzoyan iştirakçılara ritorik sual ünvanlayıb: bu qədər ildir KTMT-də iştirakımız dayandırılıb, onların həyatında nə dəyişib?

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT