Nikol Paşinyan və Nikuşor Dan Ermənistan-Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra məsələləri müzakirə ediblər

Nikol Paşinyan və Nikuşor Dan Ermənistan-Rumıniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş bir sıra məsələləri müzakirə ediblər

Baş nazir Nikol Paşinyanın Rumıniyaya rəsmi səfəri Prezident Nikuşor Dan ilə görüşlə başlayıb. Prezident iqamətgahında Ermənistanın Baş nazirini Rumıniya Prezidenti Nikuşor Dan qarşılayıb.

Daha sonra Ermənistanın Baş naziri ilə Rumıniya Prezidentinin təkbətək görüşü keçirilib, ardınca geniş tərkibdə görüş baş tutub.

Nikuşor Dan Ermənistanın Baş nazirinin Rumıniyaya rəsmi səfərini alqışlayıb və bunun ikitərəfli münasibətlərin inkişafına və genişlənməsinə yeni təkan verəcəyinə əminliyini bildirib. Rumıniya Prezidenti ticarət-iqtisadi əlaqələrin inkişafını vacib sayıb və biznes forumlarının təşkilinin əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Nikuşor Dan Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişafına və genişlənməsinə Rumıniyanın tam dəstəyini ifadə edib.

Baş nazir Paşinyan səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və əlavə edib ki, bu səfəri müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın mövcud potensialının reallaşdırılması baxımından vacib hesab edir. Nikol Paşinyan siyasi, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsinə yönəlmiş addımlara toxunub. Ermənistanın Baş naziri bərpa olunan enerji, turizm və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin vacibliyini də vurğulayıb.

Tərəflər Cənubi Qafqaz regionunda baş verən proseslərə toxunublar. Baş nazir Paşinyan Azərbaycanla bərqərar olmuş sülh nəticəsində yaranan imkanları təqdim edib və qeyd edib ki, dünən kommunikasiyaların açılmasına yönəlmiş TRIPP layihəsinin praktiki mərhələsinə start verilib. Nikol Paşinyan Ermənistan hökumətinin "Sülhün kəsişməsi” layihəsinə və onun çərçivəsində görülən işlərə də toxunub.

Nikol Paşinyan və Nikuşor Dan beynəlxalq əhəmiyyətli digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT