Baş nazirin müavini Mher Qriqoryan bu gün Avrasiya İqtisadi Komissiyası Şurasının növbəti iclasında iştirak edib.
İclas zamanı əsasən Avrasiya İqtisadi İttifaqı çərçivəsində xarici iqtisadi əlaqələrin genişləndirilməsi, gömrük tənzimləmələri və texniki reqlamentlərlə bağlı qırxdan çox məsələ müzakirə olunub. Ali Avrasiya İqtisadi Şurasının dekabrın 22-də keçiriləcək iclasının gündəliyi də təsdiqlənib.










