NBC News bir mənbəyə istinadən bildirib ki, ABŞ prezidenti Donald Trampın administrasiyasındakı rəsmilər İran rəhbərliyinə zərbə endirmək ideyasını müzakirə edirlər.
Kanalın məlumatına görə, bu mövqeyi dəstəkləyənlər hesab edirlər ki, zərbələr onlara ABŞ-a qarşı sərt siyasət yürütməkdə israr edən liderləri aradan qaldırmağa imkan verəcək.
Əvvəllər, noyabr ayında Tramp hazırda İranda rejim dəyişikliyinə nail olmağı zəruri hesab etmədiyini bildirmişdi.
Ağ Evdə çıxışı zamanı Tramp həmçinin bildirib ki, İran ordusu hazırda kütləvi raket zərbələri endirməyə qadir deyil. Trampın sözlərinə görə, İranın bu baxımdan imkanları məhduddur.










