Baş nazirin müavini Mher Qriqoryan ABŞ-nin sülh missiyaları üzrə xüsusi elçisinin baş müşaviri Ariye Laytstounun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə hökumətdən məlumat verilib.
Həmsöhbətlər TRIPP dəmir yolu, avtomobil yolu və enerji infrastrukturu ilə bağlı aparılmış araşdırmaların nəticələrini müsbət qiymətləndirərək, onların gələcək işlər, o cümlədən tikintiyə başlanılmasına hazırlıq baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər həmçinin TRIPP inkişaf şirkətinin təsis edilməsi istiqamətində görülən işlər və əldə olunmuş irəliləyiş ətrafında fikir mübadiləsi aparıblar.
Bu kontekstdə səhmdarlar sazişi və şirkətin nizamnaməsi üzrə danışıqların yekunlaşdırılmasının vacibliyi vurğulanıb.
Görüşün sonunda layihə çərçivəsində qarşıda duran işlərlə bağlı razılıqlar əldə olunub.










