ABŞ-ın birinci xanımı Ağ Evdə Kiyev və Moskvadan olan nümayəndələri qəbul etdi. Tərəflər Melaniya Trampın vasitəçiliyi ilə Xerson vilayətinin Oleşki şəhərində bu yaxınlarda tətbiq edilən və nəticədə yüzlərlə sakinin Ukrayna və Rusiyaya təxliyə edildiyi müvəqqəti humanitar atəşkəs rejimini müzakirə etdilər.
Rusiya tərəfini Prezident Nümayəndəsi Kirill Dmitriyev və İnsan Hüquqları üzrə Nümayəndə Yana Lantratova, Ukrayna tərəfini isə hakim fraksiyanın rəhbəri David Araxamiya və İnsan Hüquqları üzrə Nümayəndə Dmitri Lubinets təmsil etdilər. Lantratova və Lubinets şəxsən Oleşkidə humanitar əməliyyatlarda iştirak etdilər.
Melaniya Tramp çıxışında qeyd etdi ki, Putin və Zelenskinin iştirakı olmadan Oleşki atəşkəsi mümkün olmazdı.
"Bu tərəfdaşlıq sülh prosesinin irəliləməsində mühüm presedent yaradır", - deyə Amerikanın birinci xanımı vurğuladı.
Kirill Dmitriyev bildirib ki, Vladimir Putin Donald Trampın sülhməramlı səylərini və Melaniya Trampın Rusiya-Ukrayna nizamlanması istiqamətində humanitar təşəbbüslərini yüksək qiymətləndirir.










