Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanla görüşüb. Bu barədə baş nazirin Facebook səhifəsindən məlumat alırıq.

"Həmsöhbətlər Ermənistan–Avropa İttifaqı münasibətləri və birgə proqramların icrasının gedişi ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər bu yaxınlarda Yerevanda keçirilmiş görüş zamanı aparılan müzakirələrin nəticələrinə və əldə olunmuş razılaşmalara toxunublar.
İqtisadiyyat, energetika və digər sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", – deyə rəsmi məlumatda bildirilib.










