logo

Artsax Dövlət naziri Martuni bölgəsinin bəzi sərhəd kəndlərində görüşlər keçirib

Artsax Dövlət naziri Martuni bölgəsinin bəzi sərhəd kəndlərində görüşlər keçirib

Artsax Respublikasının Dövlət naziri Artak Beglaryan  Martuni bölgəsinin  sərhədyanı olan Myurişen, Avdur, Hatsi və Noraşen icmalarını ziyarət edib.

Dövlət naziri adı çəkilən kəndlərin sakinləri ilə görüşüb, Artsaxın gələcəyinə dair bəzi proqramları təqdim edib. 

“Hökumət irimiqyaslı mənzil layihələrinə başladı və cəbhə bölgəsindəki yaşayış məntəqələri xüsusi diqqət altında olacaq. Müharibənin yaratdığı yeni vəziyyəti və çətinlikləri nəzərə alaraq gəlir gətirən proqramları müzakirə edirik. Xüsusilə kənd yerlərinin inkişafı üçün daha əlverişli şərait təmin etməyi hədəfləyən yol tikintisi və digər infrastruktur layihələrinin artıq başlanıldığından xəbərdarsınız”- deyə o qeyd edib. 

Söhbət zamanı Dövlət naziri sakinlərin təkliflərini dinləyib və Artsaxın təhlükəsizliyi, xarici siyasi inkişafları, sosial-iqtisadi proqramları və həmin kəndlərin məsələləri ilə bağlı sualları cavablandırıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT