logo

Xəzər dənizində güclü partlayış oldu

Xəzər dənizində güclü partlayış oldu

İyulun 4-də saat təxminən 21.50-də Xəzər dənizində partlayış olub. Alov və partlayış səsi Bakıda aydın eşidilib. Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, Salyan, Lənkəran və digər bölgələrdən də alov görünüb.

SOCAR partlayışla bağlı açıqlama yayıb:

“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir. Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”.

Xəzərdə  baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə də, partlayışa səbəb vulkan püskürməsidir.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT