1 oktyabrda Ermənistan Respublikasının İqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan Fresno şəhərinin meri Cerri Dayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Ermənistan Respublikasının Fresno şəhərindəki fəxri konsulu Perç Abgaryan, eləcə də Fresno Şəhər Şurasının bir sıra üzvləri daxil idi. Bu barədə Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi məlumat verib.
Görüşün əvvəlində Tiqran Qasparyan Ermənistan iqtisadiyyatının prioritetlərini təqdim edib: ixracın şaxələndirilməsi, məhsuldarlığın artırılması, investisiyaların cəlb edilməsi və yüksək əlavə dəyərə malik məhsulların ixracının təşviqi.
Daha sonra ticarət və investisiya, intensiv kənd təsərrüfatı, sənaye klasterlərinin inkişafı, eləcə də istehsal sektorunda müasir texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə edildib.
Hər iki tərəf təcrübə mübadiləsi və işgüzar əlaqələrin inkişafı üçün ikitərəfli B2B görüşlərinin təşkilinin vacibliyini vurğulayıb.










