logo

Mülki aviasiya sahəsində Ermənistan-İran əməkdaşlığının imkanları müzakirə edilib

Mülki aviasiya sahəsində Ermənistan-İran əməkdaşlığının imkanları müzakirə edilib

ER ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan dünən İİR yol və şəhərsalma nazirinin müavini və mülki aviasiya direktoru Mohammad Baxşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani də nümayəndə heyətinin tərkibində olub.

Görüş zamanı mülki aviasiya sahəsində əməkdaşlığa dair bir sıra məsələlər, o cümlədən təyyarəyə texniki təminat, mütəxəssislərin hazırlanması və təlimi, iki ölkə arasında uçuşların artırılması, o cümlədən tranzit uçuşların inkişafı ilə bağlı müzakirələr aparılıb.

İki ölkənin aviasiya rəhbərliyinin təcrübə mübadiləsi çərçivəsində bundan sonra da bir-biri ilə sıx əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.

İranın mülki aviasiya rəsmiləri ölkənin aviasiya sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olmaq üçün erməni tərəfdaşlarını İrana dəvət ediblər.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT