ABŞ səfir müavini Endryu Conson Martuni bələdiyyəsində yerli sakinlərlə görüşərək "Beynəlxalq sülh və rifah naminə Trampın yolu" proqramına toxunub və onların suallarını cavablandırıb. Bu barədə Ermənistanda TRIPP proqramının rəsmi səhifəsi məlumat verir.


"TRIPP çərçivəsində nəzərdə tutulan regional qarşılıqlı bağlılıq sülhü və sabitliyi möhkəmləndirəcək, yeni iqtisadi perspektivlər açacaq və Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyəcək",- deyə paylaşımda bildirilir.












