İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi zənginləşdirilmiş uranın İrandan ixrac olunmayacağını açıqlayıb.
"İrandan bir zərrə belə zənginləşdirilmiş nüvə materialı ixrac olunmayacaq. Bu materiallar İran xalqının ən vacib sərvəti, ölkə daxilində istifadə ediləcək milli sərvətdir",- o deyib.
Rzayi İranın mövqeyini bir daha təkrarlayıb ki, Tehran Amerika rəhbərliyi etimad yaratmağa başlayana qədər ABŞ ilə danışıqlar aparmayacaq.
"Belə bir etimadın yaradılmasının başlanğıcı İranın şərtlərinin yerinə yetirilməsidir".
Bir müddət əvvəl ABŞ İrandan zənginləşdirilmiş materiallar ehtiyatlarından imtina etməsini tələb etmişdi. Sentyabrın sonlarında İran prezidenti Məsud Pazeşkian Fox News-a verdiyi açıqlamada bildirib ki, Tehran ABŞ ilə razılaşma əldə olunacağı təqdirdə zənginləşdirilmiş uran ehtiyatlarının 60%-dək hissəsindən imtina etməyə hazırdır. O, İranın heç vaxt nüvə bombası yaratmağa çalışmadığını vurğulayıb.










