Laçın dəhlizinin bağlanması soyqırımına şərait yaradır: Luis Moreno Okampo

2023-cü ildə Dağlıq Qarabağda yaşayan ermənilərə qarşı soyqırım törədildiyini söyləmək üçün ağlabatan əsaslar var. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo ABŞ Konqresində keçirilən dinləmələr zamanı bildirib.
“Bu, davam edən və prosesdə olan soyqırımdır. Çox insanın ölməsi lazım deyil. Soyqırımın necə ola biləcəyinin müxtəlif formatları var. Bir halda, ölənlərin sayı sıfır ola bilər. Yəni bu, insanların məhvinə gətirib çıxaran şərait yaratmaqdır. Laçın dəhlizinin bağlanması məhz belə şərait yaradır”, - deyə o qeyd edib ki, Dağlıq Qarabağda yaşayan 120 min insanın soyqırımının qarşısı alınmalıdır.





