Atalarımızın, bacılarımızın, qardaşlarımızın, övladlarımızın qanını yerə qoymamaq hamımızın borcudur: Dağlıq Qarabağ Parlamentinin sədri

Atalarımızın, bacılarımızın, qardaşlarımızın, övladlarımızın qanını yerə qoymamaq hamımızın borcudur: Dağlıq Qarabağ Parlamentinin sədri

Dağlıq Qarabağ Parlamentinin sədri Davit İşxanyan Dağlıq Qarabağın Müstəqillik Bəyannaməsinin qəbul edilməsi münasibəti ilə mesaj göndərib və orada deyilir:

“Artsax dövlətçiliyinin yaradılmasının əsas mərhələlərindən biri 1991-ci ildir. Sentyabrın 2-də Dağlıq Qarabağ Respublikasının elan edilməsi barədə qərar qəbul olundu. 32 il əvvəl Artsax Respublikası elan edilən ölkəmiz “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Müqavilənin, Mülki, Sİyasi və Mədəni Hüquqlar üzrə Beynəlxalq Sazişin prinsiplərinə hörmət edərək və onlara əməl edərək erməni dövləti kimi qurdu. 

32 il ərzində Artsax 2 genişmiqyaslı müharibə ilə üzləşdi, biz qələbə sevincini yaşadıq, dövlət institutları formalaşdı, ölkə inkişaf etdi və çiçəkləndi, lakin 2020-ci ildə düşmən başladığı müharibə ilə Artsax Respublikasını tamamilə məhv etməyi qarşısına məqsəd qoydu. Artsax dövlətçiliyi uğrunda mübarizənin bu mərhələsində döyüş meydanı genişlənib. Gündəlik, məişət çətinliyinə müqavimət göstərən soydaşlarımızdan tutmuş post mühafizəçisinə qədər ön mövqelərdə dayanırlar.

Biz dayanırıq çünki, atalarımızın, bacılarımızın, qardaşlarımızın, övladlarımızın qanını, tərini yerə qoymamaq hamımızın borcudur. Respublika Günü münasibətilə hamımızı təbrik edir, sizə güc və cəsarət, dözüm, səbr, ləyaqətli və firavan gələcək arzulayıram”.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT