Ararat Mirzoyan portuqaliyalı həmkarına Laçın dəhlizinin bağlanması nəticəsində DQ-da kəskinləşən humanitar böhranı təqdim edib

Ararat Mirzoyan portuqaliyalı həmkarına Laçın dəhlizinin bağlanması nəticəsində DQ-da kəskinləşən humanitar böhranı təqdim edib

Avqustun 21-də ER xarici işlər naziri Ararat Mirzoyan ilə Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomeş Kravinyo arasında telefon danışığı olub.

A.Mirzoyan həmkarına Dağlıq Qarabağda qeyri-qanuni blokadaya görə gündən-günə ağırlaşan humanitar böhranın təfərrüatlarını təqdim edib. 

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının müzakirəsinə toxunaraq, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına uyğun olaraq Laçın dəhlizinin yenidən açılması ilə bağlı Aİ-nin verdiyi mesajların həyata keçirilməsinin aktuallığı vurğulanıb. Ararat Mirzoyan vurğulayıb ki, əks halda vəziyyət əsl humanitar fəlakətə çevrilməyə yaxındır.

Həmçinin Ermənistan və Portuqaliya arasında münasibətlərin ikitərəfli gündəliyinə, eləcə də ER-Aİ qarşılıqlı fəaliyyəti məsələlərinə, xüsusilə Aİ-nin ER-də mülki monitorinq missiyasının fəaliyyətinə toxunulub.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT