Mirzoyan DQ-da dərinləşən humanitar böhranın təfərrüatlarını ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edib

Mirzoyan DQ-da dərinləşən humanitar böhranın təfərrüatlarını ATƏT-in fəaliyyətdə olan sədrinə təqdim edib

Avqustun 10-da ER xarici işlər naziri Ararat Mirzoyan ilə ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani arasında telefon danışığı olub. Bu barədə ER XİN-dən məlumat yayılıb.

Nazir Mirzoyan həmkarına Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması ilə əlaqədar Dağlıq Qarabağda getdikcə dərinləşən humanitar böhranın təfərrüatlarını təqdim edib.

Nazir Mirzoyan vurğulayıb ki, iyunun 15-dən Dağlıq Qarabağ xalqı tam blokadadadır və BQXK iyulun 25-də elan etdiyi kimi, Dağlıq Qarabağa çıxışı olan beynəlxalq humanitar təşkilat olan BQXK-nın humanitar fəaliyyətinə manelər yaradılır.

Hər iki tərəf insanlar üçün humanitar vəziyyətin həllinin aktuallığını və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla birgə addımların atılmasının vacibliyini vurğuladılar.

Həmsöhbətlər ATƏT platformasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. 

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT