logo

Etnik təmizləmənin və ya soyqırımın qarşısını almaq dəhşətli hadisələrdən sonra timsah göz yaşları tökmək deyil: Taner Akçam

Etnik təmizləmənin və ya soyqırımın qarşısını almaq dəhşətli hadisələrdən sonra timsah göz yaşları tökmək deyil: Taner Akçam

Türk tarixçi, sosioloq, soyqırım alimi, ABŞ-ın Klark Universitetinin professoru Taner Akçam Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyətə toxunub.

“Rusiya başda olmaqla dünya ictimaiyyətinin bu hadisələrə susması təəssüf doğurur. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət dərin yuxusundan ayılacaq və Azərbaycana təzyiq edərək, Dağlıq Qarabağ ermənilərinin elementar hüquqlarını təmin edəcək qərarın vasitəçisinə çevriləcək.

İnsan haqlarının qorunması, ədalətsizliyin qarşısının alınması prosesi hər şey bitdikdən sonra açılan zontik deyil. Etnik təmizləmənin və ya soyqırımın qarşısını almaq dəhşətli hadisələrdən sonra timsah göz yaşları tökmək deyil

Böyük faciələrin qarşısını almaq istəyi varsa, daha aktiv müdaxilə lazımdır.

Ümid edirəm ki, lazımi beynəlxalq təzyiqlər və ikitərəfli görüşlər nəticəsində vəziyyət öz həllini tapacaq. Ürəyimiz, ruhumuz ciddi təhlükə ilə üz-üzə qalan Qarabağ xalqının yanındadır”.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT