Tələsik hazırlanmış sülh sazişi gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq: Qonçar

Tələsik hazırlanmış sülh sazişi gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq: Qonçar

“Rəsmi Moskva hesab edir ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasında tələsməməlidir. Eyni zamanda, sülhün şərtlərini Yerevan və Bakı özü müəyyən etməlidir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində deyib.

O bildirib ki, tələsik hazırlanmış sülh sazişi regiona davamlı sülh gətirməyəcək: “Bu, gələcəkdə yeni münaqişə və faciələrə zəmin yaradacaq. Prioritet sürət yox, keyfiyyət olmalıdır. Qarşılıqlı şəkildə məqbul həll yolları tapılmalıdır”.

D.Qonçarın fikrincə, sülhün şərtlərini Yerevan və Bakı özü müəyyən etməlidir: “Məsuliyyətli vasitəçilərin vəzifəsi danışıqlar prosesini sürətləndirmək deyil, uzunmüddətli razılaşmaların əldə olunmasına töhfə verməkdir”.

Departament direktorunun sözlərinə görə, mövcud reallıqlar nəzərə alınmalıdır.

Bölmələr

Baxışlar

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT