logo

Ararat Mirzoyanla Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti arasında telefon danışığı olub

Ararat Mirzoyanla Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti arasında telefon danışığı olub

Avqustun 1-də ER xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eqer ilə telefon danışığı aparıb.

Tərəflər Azərbaycan tərəfindən Laçın dəhlizini qanunsuz olaraq bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranı müzakirə edib.. 

Ararat Mirzoyan Laçın dəhlizinin blokadasının dərhal aradan qaldırılmasının vacibliyini, Dağlıq Qarabağın ərzaq, dərman və digər ilkin tələbat malları ilə təmin olunmasının vacibliyini vurğulayıb.

Nazir Mirzoyan mövcud şəraitdə Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat olan BQXK-nın düzgün və davamlı şəkildə təmin edilməsinin vacibliyini vurğuladı və Azərbaycanın BQXK-nın humanitar fəaliyyətini pozmaq və nüfuzdan salmaq cəhdlərini pisləyib.

Bu kontekstdə nazir Mirzoyan iyulun 29-da səhhətində ciddi problemlər olan və müalicə üçün Dağlıq Qarabağdan Ermənistana aparılan Vagif Xaçatryanın Azərbaycanın sərhəd xidməti tərəfindən oğurlanmasına toxunaraq, bunu beynəlxalq humanitar hüquq normalarına zidd olan və Dağlıq Qarabağ xalqının etnik təmizləməsinə yönəlmiş məkrli və qəbuledilməz hərəkət adlandırıb.

logo

Official broadcaster of the Eurovision Song Contest

Eurovision

Tətbiqi yüklə

qr
App StoreGoogle Play
FacebookXInstagramYouTubeLinkedIn

©2026 1tv.am

Hazırlayan: MATEMAT